Bütün xəbərlər
Monreal NHL-də Buffalonu məğlub etdi
Tarix: 24-10-2023 09:38 | Bölmə: Digər

Milli Xokkey Liqasının müntəzəm mövsüm matçında "Monreal Canadiens" səfərdə "Buffalo Sabers"-i məğlub etdi - 3:1.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblər müvafiq olaraq 3-cü, 44-cü və 57-ci dəqiqələrdə fərqlənən Castin Barron, Brendan Qallager və Tanner Pirson, yeganə qolu isə 8-ci dəqiqədə meydan sahibləri Ceff Skinner vurub.
"Monreal" mövsümün ilk beş oyununda üç qələbə qazanaraq 7 xalla Şərq Konfransında dördüncü, "Buffalo" isə dörd xalla Şərq Konfransında 15-ci yerdədir.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər