Bütün xəbərlər
“Volqa”da baş verən toqquşma nəticəsində 3 nəfər yanıb
Tarix: 22-10-2023 17:06 | Bölmə: Digər

Ötən gecə Çelyabinsk vilayətində bir neçə nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çelyabinsk-Novosibirsk avtomobil yolunda, Krasnoarmeyski rayonu ərazisində bir-birinə doğru hərəkət edən "Volqa" və "Qazel" toqquşub.
Zərbədən sonra avtomobil alovlanıb, içəridə olan 3 nəfər ölüb: 34 yaşlı sürücü və onun 38 yaşlı sərnişini. Qəzanın qurbanı olan onların həmkarının şəxsiyyəti müəyyənləşdirilir.
Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, ölümlə nəticələnən hadisə ilə bağlı araşdırmalara başlanılıb, faciənin bütün halları müəyyənləşdirilir.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər