Bütün xəbərlər
Alina Qorbaçova Rusiya Qran Prisində qısa proqram üzrə qalib olub
Tarix: 21-10-2023 16:36 | Bölmə: Digər

Omskda fiqurlu konkisürmə üzrə Rusiya Qran Prisinin ikinci mərhələsi davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qadınlar qısa proqramla çıxış ediblər.
Alina Qorbaçova ən yaxşı qısa proqramı təqdim edib. O, birinci mərhələnin qalibi Adelia Petrosyanı qabaqlayıb.
Alina Qorbaçova hakimlərdən 75,89 bal toplayıb. Hakimlər Adelia Petrosyanın çıxışını 71,48 balla qiymətləndiriblər. Üçüncü yerdə 67,22 xalla Mariya Ağayeva qərarlaşıb.
Rusiya Qran Prisinin ümumilikdə altı mərhələsi planlaşdırılır. Final fevralın 15-dən 18-dək Maqnitoqorskda keçiriləcək.





Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər