Bütün xəbərlər
Çimaev UFC ilə uzunmüddətli müqavilə imzalayıb
Tarix: 20-10-2023 15:21 | Bölmə: Digər

Çeçen əsilli isveçli döyüşçü Xamzat Çimaev Amerikanın Ultimate Fighting Championship təşkilatı ilə yeni müqavilə imzalayıb, idmançının meneceri Mehdi Şammas bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Xamzat yeni uzunmüddətli müqavilə imzaladı. Dörddən çox döyüş", - TASS Şammasdan sitat gətirir.
Xatırladaq ki, Çimaev son döyüşündə ilk raundda Kevin Hollandı “boğub”. Ümumilikdə, 29 yaşlı döyüşçünün MMA qaydaları üzrə keçirdiyi 12 döyüşdə 12 qələbəsi var.
Şənbə günü Xamzat UFC 294-ün əsas yarışında Kamaru Usmanla qarşılaşacaq. Rəsmi çəki ölçmə cümə günü baş tutub. Hər iki idmançı orta çəki həddini yerinə yetirib.


Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər