Bütün xəbərlər
Fransada Benzemanı vətəndaşlığından və "Qızıl top"dan məhrum olmağa çağırıblar
Tarix: 18-10-2023 20:44 | Bölmə: Digər

Fransa Milli Assambleyasının üzvü Valeri Boyer futbolçu Kərim Benzemadan vətəndaşlıq və “Qızıl top” mükafatının alınmasını istəyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Benzema HƏMAS və İsrail arasında münaqişənin qurbanı olmuş Fələstin xalqına dəstək sözlərini dedikdən sonra siyasətçi belə reaksiya verib.
Benzema keçmiş "Real Madrid" forvardı, hazırda isə "Əl-İttihad" oyunçusudur. Kərimin ikili vətəndaşlığı var - Əlcəzair və Fransız.
Hücumçu ötən il karyerasında ilk dəfə futbolda ən nüfuzlu fərdi mükafat olan “Qızıl top”u qazanıb.


Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər