Bütün xəbərlər
Voleybol üzrə Olimpiya çempionu Antropov vəfat edib
Tarix: 15-10-2023 21:21 | Bölmə: Digər


Məşhur sovet voleybolçusu Oleq Antropov vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 1968-ci il Olimpiya çempionunun 75 yaşı var idi.
Voleybol üzrə Rusiya milli komandasının keçmiş baş məşqçisi, Olimpiya çempionu Oleq Antropovun vəfat etdiyi məlum olub.
Oleq Antropovun işlərinin çoxu Riqanın “Radiotexnika”sında baş tutub. Riqa komandasının tərkibində Oleq Petroviç SSRİ çempionluğunu, iki dəfə Avropa Çempionlar Kubokunu qazandı və ittifaq çempionatının mükafatçısı oldu. 1968-ci ildə Antropov Meksikada keçirilən Olimpiya Oyunlarında qızıl medal qazandı.
Məşqçi kimi Oleq Petroviç SSRİ gənclər yığması və Rusiyanın kişilərdən ibarət komandası ilə çalışıb. 8 il Yaponiyanın JT klubunu çalışdırıb.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər