Bütün xəbərlər
WADA 222 rusiyalı idmançını cəzalandırıb
Tarix: 15-10-2023 18:08 | Bölmə: Digər

Dünya Antidopinq Agentliyinin prezidenti Vitold Banka BOK-un Mumbayda keçirilən 141-ci sessiyasında çıxış edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, WADA rəhbəri 222 rusiyalı idmançıya verilən cəzanı açıqlayıb.
Rusiyadan olan 222 idmançı artıq cəzalandırılıb. Lakin WADA-nın prezidenti Vitold Bankanın sözlərinə görə, bu siyahı yekun deyil.
WADA Moskva laboratoriyasının məlumatlarını yenidən yoxladı, bundan sonra 222 təqsirli hökm çıxarıldı. Daha 58 idmançıya qarşı ittiham irəli sürülüb. 145 faktla bağlı araşdırmalar davam edir.
Rusiya Antidopinq Agentliyinin (RUSADA) statusu hələ də bərpa edilməyib. Əsas səbəb Rusiya qanunvericiliyinin Ümumdünya Antidopinq Məcəlləsinə uyğunsuzluğudur.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər