Bütün xəbərlər
"Şaxtyor" futbolçu Rosputkonun yoxa çıxdığını təsdiqləyib
Tarix: 13-10-2023 16:17 | Bölmə: Digər


"Şaxtyor"un və Ukraynanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Oleksandr Rosputko klubdan ayrılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Belçikanın Antverpen komandası ilə Gənclər Çempionlar Liqasının qrup mərhələsinin oyunundan sonra 19 yaşlı futbolçu komanda ilə hava limanında görünməyib.
"Şaxtyor" gənc futbolçunun yoxa çıxdığını təsdiqləyib. Klub yaxın vaxtlarda Aleksandr Rosputkonun komandaya qayıdacağını gözləyir.
TASS-ın məlumatına görə, “Şaxtyor” Rosputkonun 5 gün ərzində qayıtmasını gözləyir. Bu baş verməsə, oyunçunun günahı üzündən müqaviləyə xitam veriləcək.
Gənc futbolçunun yoxa çıxması ilə bağlı iki versiya var. Birinciyə görə, Qorlovkadan olan Rosputko rusiyayönlü fikirlərə sahib idi və bu, komanda yoldaşları ilə münaqişələrə səbəb oldu. Ola bilsin, Aleksandr İstanbuldan tranzitlə Rusiyaya gedib.
İkinci versiya daha az siyasiləşdirilir. Rosputkonu klubdakı maaş (ayda 1-2 min dollar) qane etmədi və o, eyni şərtlərlə müqaviləni yeniləmək istəmədi. Aleksandrın keçmiş Donetsk klubu ilə hazırkı müqaviləsi mövsümün sonuna qədərdir.


Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər