Bütün xəbərlər
Rusiya Olimpiya Komitəsi BOK-un qərarına cavab verib
Tarix: 12-10-2023 20:59 | Bölmə: Digər


Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinin fəaliyyətini növbəti xəbərdarlığa qədər dayandırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb Rusiyanın dörd yeni regionunun ROC Olimpiya Şuralarına daxil edilməsi olub.
Rusiya Olimpiya Komitəsi BOK-un qərarına dərhal reaksiya verib. Qurumun bəyanatı ROC-un rəsmi saytında yerləşdirilib.
Rusiya Olimpiya Komitəsi BOK-un qərarını əks-məhsuldar və siyasiləşdirilmiş adlandırıb. "2022-ci ilin fevralında edilənlər qanuni olaraq təsbit olunub. BOK-un bu addımı əsassız olaraq beynəlxalq yarışlardan kənarlaşdırılan rusiyalı idmançılara təsir etməyəcək", - Rusiya Olimpiya Komitəsinin açıqlamasında deyilir.
"Rusiya Olimpiya Komitəsi öz maraqlarını, suveren ölkənin idmançılarının və təşkilatlarının maraqlarını qorumaq hüququnu özündə saxlayır", - bəyanatda qeyd olunur.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər