Bütün xəbərlər
Şaxtada baş verən yanğınla əlaqədar şaxtaçılar təxliyə edilir
Tarix: 10-10-2023 10:39 | Bölmə: Digər

Novokuznetskdəki Erunakovskaya mədənində baş verən yanğınla əlaqədar şaxtaçılar təxliyə edilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "İnterfaks"-a verdiyi məlumata görə, şaxtanın işi dayandırılıb və şaxtaçılar müstəqil şəkildə səthə qalxırlar. Ümumilikdə mədəndə 250-dən çox şaxtaçı var idi.
Hərbiləşdirilmiş dağ-xilasetmə qruplarının iki bölməsi hadisə yerinə gedir.
Ölən və yaralananlar barədə məlumat verilmir.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər