Bütün xəbərlər
“Atalanta” və “Yuventus” xalları bölüb, Mirançuk meydana daxil olmayıb
Tarix: 01-10-2023 23:57 | Bölmə: Digər


“Atalanta” futbol üzrə İtaliya çempionatının 7-ci turu çərçivəsində səfərdə “Yuventus”la heç-heçə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Berqamoda baş tutan görüş qolsuz başa çatıb - 0:0.
Rusiyalı yarımmüdafiəçi Aleksey Mirançuk bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.
“Yuventus” 14 xalla turnir cədvəlinin dördüncü pilləsində, “Atalanta” isə bir xal az olmaqla bir pillə geridədir.
İtaliya çempionatına "İnter" və "Milan" liderlik edir. Hər iki komandanın aktivində 18 xal var. Sonrakı yerdə “Napoli” (14 xal) qərarlaşıb.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər