Bütün xəbərlər
Neymar Səudiyyə Ərəbistanını tərk edərək doğma klubuna getmək istəyir
Tarix: 26-09-2023 12:05 | Bölmə: Digər

"Əl-Hilal"ın braziliyalı futbolçusu Neymar Braziliya çempionatına qayıtmaq variantını nəzərdən keçirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücumçu Səudiyyə Ərəbistanını tərk edərək doğma klubuna getməyi planlaşdırır.
Bu barədə "Sport.e" xəbər verir. Mənbənin sözlərinə görə, futbolçunun bu qərarı 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlaşmaq istəyi ilə bağlıdır. 31 yaşlı braziliyalının növbəti klubu "Santos" ola bilər. Transfer 2024/25 mövsümünün sonunda baş tuta bilər.
Daha əvvəl Neymarla “Əl-Hilal”ın baş məşqçisi Xorxe Xesus arasında münaqişənin olduğu, bundan sonra braziliyalının məşqçinin istefasını tələb etdiyi bildirilirdi. Daha sonra futbolçu dünya çempionatının başlamasına bir il qalmış onu komandaya qaytarmağı “Santos” rəhbərliyindən şəxsən xahiş edib.
Xatırladaq ki, Neymar ötən yay PSJ-dən "Əl-Hilal"a keçmişdi. Bu müddət ərzində o, üç oyun keçirib, iki məhsuldar ötürmə edib.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər