Bütün xəbərlər
Misir kurortunun yaxınlığında balina köpəkbalığı göründü
Tarix: 24-09-2023 21:47 | Bölmə: Digər

Misirin Marsa Alam kurort şəhərinin sahillərində dünyada mövcud olan ən böyük balina köpəkbalığı görünüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu nəhəng balıqların təsirli ölçülərinə baxmayaraq, insanlar üçün təhlükə yaratmadığına inanılır.
Marsa Alam Misirin cənub-şərqində, Qırmızı dənizin qərb sahilində (Hurqadadan 271 km cənubda) yerləşən kiçik kurort şəhəridir. Bu sularda yaşayan ən böyük balıq növü olan nadir balina köpəkbalığı bir qrup dalğıc tərəfindən kəşf edilib. Bu barədə “Cairo24” saytı yazır.
Balina köpəkbalığının orta uzunluğu 13 metr, çəkisi isə 21 tona çatır. Əsasən planktonla qidalanır, ona görə də insanlar üçün zərərsizdir.
İyunun əvvəlində Hurqadada daimi olaraq Misirdə yaşayan bir rus köpəkbalığının hücumunun qurbanı oldu. Kişi hadisə şahidlərinin gözü qarşısında dünyasını dəyişib.
Faciəli hadisədən sonra köpək balığı tutularaq yerli muzeydə eksponat hazırlanıb.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər