Bütün xəbərlər
Güləşçi Məmmədov dünya çempionatında bürünc medal qazanıb
Tarix: 19-09-2023 22:50 | Bölmə: Digər

Güləş üzrə dünya çempionatında daha bir Rusiya təmsilçisi medal qazanıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, çərşənbə axşamı bürünc medal qazanan Şamil Məmmədov olub.
Bu, 65 kq çəki dərəcəsində üçüncü yer uğrunda mübarizənin nəticələrindən sonra baş verib. Təsəlliverici finalda rusiyalı İran təmsilçisi, 2022-ci ildə dünya çempionu olmuş Rəhman Amuzadı məğlub edib.
Görüşün yekun hesabı 8:6 Məmmədovun xeyrinə olub. Belqraddakı uğuru sayəsində Şamil 2024-cü ildə Paris Oyunlarında iştirak etmək üçün Olimpiya lisenziyası qazanıb.
Qeyd edək ki, Məmmədovun medalı Rusiya güləşçiləri üçün dördüncü medal olub. Bundan əvvəl ruslar iki qızıl və bir gümüş medal qazanmışdılar.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər