Bütün xəbərlər
Hava hücumundan müdafiə sistemləri Ukraynanın "Su-25" təyyarəsini vurub
Tarix: 19-09-2023 16:15 | Bölmə: Digər


Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" təyyarəsini vurduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hərbi idarənin məlumatına görə, hərbi təyyarə Zaporojye vilayətinin Novopokrovka ərazisində məhv edilib.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan Ukrayna tərəfi 473 təyyarə, 249 helikopter, 6903 pilotsuz uçuş aparatı, 437 zenit-raket kompleksi, 11960 tank və digər zirehli döyüş texnikası, 1151 MLRS,46 döyüş maşını itirib. Artilleriya qurğuları və minaatan, o cümlədən 13 167 ədəd xüsusi təyinatlı hərbi texnika.





Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər