Bütün xəbərlər
Kokorin rəsmi olaraq "Arisə" qayıtdı
Tarix: 13-09-2023 23:48 | Bölmə: Digər


Kiprin “Aris” futbol klubu rusiyalı futbolçu Aleksandr Kokorinin komandaya qayıtdığını rəsmən açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırkı ölkə çempionunun mətbuat xidməti rusiyalıya video həsr edib.
"Hər kəsin öz qəhrəmanları var! Arislə bir yerdə olmaq vaxtıdır! Evə xoş gəldin, Saşa", - klubun Teleqram kanalında yayımlanan klipin başlığı belədir. Orada Kokorin super qəhrəman kimi təqdim olunur.
Yada salaq ki, bir gün əvvəl Kokorinin "Aris"ə qayıdacağı açıqlanmışdı. Bu, "Fiorentina"nın futbolçunu saxlamamasından sonra baş verib. İndi Aleksandr kiprlilərlə tam hüquqlu müqavilə imzalayıb. O, əvvəllər bu klubda icarə əsasında çıxış edib.
Ötən mövsümün sonunda Aris Kipr çempionu, rusiyalının özü isə liqanın ən yaxşı futbolçusu oldu.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər