Bütün xəbərlər
“Rostov” “Zenit”in müdafiəçisini icarəyə götürəcək
Tarix: 10-09-2023 22:41 | Bölmə: Digər


“Rostov” və “Zenit” futbol klubları icarə müqaviləsi bağlamağa yaxındır. İlya Kirş Neva sahillərindən Don sahillərinə köçməyə yaxındır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Çempionat.com" portalı məlumat yayıb. Nəşrin məlumatına görə, tərəflər Sankt-Peterburq komandasının 18 yaşlı yetirməsinin transferi ilə bağlı cari mövsümün sonuna kimi razılığa gələcəklər.
Ötən mövsüm Kirş "Zenit-2"də çıxış edib və bütün turnirlərdə 23 oyun keçirib. Effektiv hərəkətləri ilə diqqət çəkməyib.
Bir gün əvvəl o, ilk dəfə əsas komandada çıxış edib. Bu, iranlı “Sapexan”la yoldaşlıq görüşündə meydana start heyətində daxil olaraq 73 dəqiqə oynadığı zaman baş verib. "Zenit" 4:1 hesabı ilə qalib gəlib.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər