Bütün xəbərlər
"Dinamo" "Qremio"nun yarımmüdafiəçisinə göz dikib
Tarix: 10-09-2023 22:05 | Bölmə: Digər


Moskvanın "Dinamo" futbol klubu braziliyalı "Qremio"nun yarımmüdafiəçisi Bitellonu almaq variantını nəzərdən keçirir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “ağ-göylər” artıq transfer təklifi edib.
Media Moskvanın "Dinamo"nun futbolçu üçün 10 milyon avro təklif etdiyini yazır. “Qremio” bu məbləğdən razı qalıb və onu Rusiya Premyer Liqa klubuna satmağa hazırdırlar.
Bundan əlavə, jurnalist Fabio Aleixo öz Telegram kanalında xəbər verir ki, Braziliya klubu müqaviləni başa çatdırmaq üçün hər şeyi etməyə hazırdır. Buna səbəb menecerlərin pul qazanmaq istəyidir - onlar indiki transfer dönəmində bir futbolçunu da satmayıblar.
Mənbənin sözlərinə görə, danışıqların nəticələri bazar ertəsi məlum ola bilər.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər