Bütün xəbərlər
Smolenskdə unikal PUA yaradılıb
Tarix: 09-09-2023 23:01 | Bölmə: Digər


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Smolensk vilayətindəki müəssisə 5 km-ə qədər hündürlüyə qalxa və on saata qədər havada qala bilən pilotsuz uçuş aparatının (PUA) modelini yaradıb.
"Bizim PUA-lar və böyük kvadrokopterlər üzrə ixtisaslaşmış müəssisəmiz var. Onlar müşahidə edə bilən bu İHA modelini, o cümlədən hərbi-sənaye kompleksinin məqsədləri üçün yaradıblar", - Smolensk vilayətinin rəhbəri vəzifəsini icra edən Vasili Anoxin tədbir zamanı deyib.O, regionun inkişafı ilə bağlı prezident Vladimir Putinlə görüşüb.
Rayonun daha bir müəssisəsi Rusiyada analoqu olmayan PUA-larla mübarizə üçün hissələrin və vasitələrin istehsalı ilə məşğuldur. "Buna görə də Smolenskdə İHA proqramlaşdırması üçün mühəndislik məktəbi yaratmaq üçün əsaslar var"- Anoxin dey
ib.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər