12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Rusiyada ən böyük balqabaq Moskva vilayətində yetişdirilib
Tarix: 07-09-2023 16:08 | Bölmə: Digər


Rusiyada ən böyük balqabaq "Agrobattle-2023" Ümumrusiya gurme festivalında təqdim olunub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Moskva yaxınlığındakı Luxovitsıdan olan bir fermer tərəfindən yetişdirilib, əvvəllər bir neçə dəfə Rusiyanın Rekordlar Kitabına daxil edilib.
“Fermer bu mövsüm Rusiyanın hər yerindən gələn daha 35 kənd təsərrüfatı idmançısını qabaqlayaraq, çəkisi 591 kiloqram və çevrəsi 4,7 metr olan “Atlantik nəhəngi” sortundan balqabaq yetişdirib”, - hökumətin sədr müavini Georgi Filimonov bildirib.
Qalib müəyyənləşdikdən sonra festivalın bütün qonaqlarına nəhəng balqabaq təqdim olunub.
Bundan əvvəl bildirilmişdi ki, Rusiyada ən böyük qarpız Həştərxan vilayətindən olan Kamil Məmmədov tərəfindən yetişdirilib.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər