Bütün xəbərlər
Rusiya millisini iki futbolçu tərk edib
Tarix: 05-09-2023 23:02 | Bölmə: Digər


Rusiya futbol komandasını iki oyunçu tərk edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət “Dinamo”nun hücumçusu Konstantin Tyukavin və “Zenit”in müdafiəçisi Vyaçeslav Karavayevdən gedir.
Bu barədə milli komandanın tibb xidmətinin rəhbəri Vladimir Xaytin məlumat verib. Həkim futbolçuların gedişinin səbəblərini də açıqlayıb.
Rusiya milli komandasının Telegram kanalı ondan sitat gətirir: “Karavayevin həddindən artıq yükləndiyinə görə tam sağalması üçün qərar qəbul edilib. Sentyabrda milli komandaya kömək edə bilməyəcək”.
Xatırladaq ki, Rusiya yığmasının baş məşqçisi Valeri Karpin sentyabrdakı toplanışa 49 futbolçu çağırıb. Komanda üç yoldaşlıq oyunu keçirəcək: Misirin Olimpiya komandası ilə (7 və 11 sentyabr) və Qətərlə (12 sentyabr).



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər