Bütün xəbərlər
Serxio Ramos 18 ildən sonra "Sevilya"ya qayıdır
Tarix: 04-09-2023 23:58 | Bölmə: Digər


"Paris Saint-Germain"-in keçmiş müdafiəçisi Serxio Ramos rəsmi olaraq "Sevilya"nın ən yeni oyunçusu elan edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu ilə qısamüddətli müqavilə imzalanıb.
Əməkdaşlıq müqaviləsinin bağlanması barədə Əndəlusluların rəsmi saytında məlumat verilir. "Sevilya"nın mətbuat xidmətindən verilən məlumata görə, tərəflərin müqaviləsi bir mövsüm üçün nəzərdə tutulub.
Xatırladaq ki, Ramos üç mövsüm əsas komandada çıxış etdiyi “Sevilya”nın yetirməsidir. 2005-ci ildə "Real Madrid"ə keçdi və 2021-ci ilə qədər orada oynadı.
Keçən yay "Paris Saint-Germain" müqaviləsi başa çatan futbolçu iki ildən sonra İspaniyaya qayıdıb.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər