Bütün xəbərlər
80-dən çox Kuzbass mədənçisi təxliyə edilib
Tarix: 31-08-2023 22:11 | Bölmə: Digər


Kemerovonun Polysaevo şəhərindəki "Oktyabrskaya" mədənində avqustun 31-də axşam saatlarında istifadə olunmayan ventilyatorun sökülməsi zamanı yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, hadisə zamanı 81 nəfər yerin altında olub. Bütün mədənçilər səthə çıxarılıb, tələfat barədə məlumat yoxdur.
Bildirilir ki, açıq alov aradan qaldırılıb, yanğınsöndürənlər və mədən xilasediciləri yanan konstruksiyaları dağıdırlar. Yanğının başvermə səbəbləri araşdırılır.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər