Bütün xəbərlər
"Zenit" Barriosla müqaviləni uzatdığını açıqlayıb
Tarix: 31-08-2023 22:09 | Bölmə: Digər


Sankt-Peterburqun "Zenit" klubu kolumbiyalı yarımmüdafiəçi Vilmar Barriosla müqaviləni uzadıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya komandasının 29 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşması 2026/2027 mövsümünün sonuna kimi hesablanıb.
“Zenit” yarımmüdafiəçini müqavilənin uzadılması münasibəti ilə təbrik edir və “mavi-ağ-göy”lərin heyətində şərəfli qələbə ənənələrinin davam etməsini arzulayır.
Barrios 2019-cu ilin qışında Argentinanın "Boka Xuniors" klubundan 15 milyon avroya "Zenit"ə transfer olunub.
Rusiya komandasının tərkibində Vilmar bütün yarışlarda 156 oyunda iştirak edib, üç qol vurub və beş məhsuldar ötürmə verib. Həmçinin yarımmüdafiəçinin hesabına Kolumbiya millisində 54 oyun və bir qol var.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər