Bütün xəbərlər
Qorbaçova ilk olaraq itkin düşməsi barədə danışıb
Tarix: 30-08-2023 13:48 | Bölmə: Digər


Fiqurlu konkisürən Alina Qorbaçova etdiyi hərəkətə görə üzr istəyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı idmançı ilk olaraq müəmmalı yoxa çıxmasına münasibət bildirib.
"Bağışlayın ki, hamını əsəbiləşdirdim və özüm üçün narahat etdim... Narahat olmayın, mənim hərəkətimin fiqurlu konkisürmə və Sofiya Anatolyevna ilə heç bir əlaqəsi yoxdur, mən komandamda məşq edib sizi yeni çıxışlarla sevindirəcəyəm", - Alina sosial şəbəkələrdən birinin səhifəsində yazıb.
Xatırladaq ki, Qorbaçova avqustun 28-də məşqdən çıxıb və evə qayıtmayıb. Ertəsi gün onun axtarışı başladı. Nəticədə gənc fiqurlu konkisürən Moskvada kinoteatrların birində tapılıb.
Alina yeniyetmələr arasında Rusiya çempionudur. O, 2023-cü ilin fevralında Permdə keçirilən yarışlarda turnirin qızıl medalını qazanıb.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər