Bütün xəbərlər
Ronaldonun dublu “Əl-Nəsr”in “Əl-Şəbab”ı məğlub etməsinə kömək etdi
Tarix: 30-08-2023 13:34 | Bölmə: Digər


“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı Futbol Çempionatının dördüncü turunda “Əl-Şəbab”la qarşılaşmada dubl edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ər-Riyadda keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ronaldo matçın 13 və 38-ci dəqiqələrində qol vuraraq hər iki penaltidən fərqlənib. 40-cı dəqiqədə portuqaliyalı Sadio Maneyə məhsuldar ötürmə edib. Bu görüşdə daha bir qolu Sultan əl-Qanam (80-ci) vurub.
“Əl-Nəsr” ilk iki məğlubiyyətdən sonra ardıcıl ikinci qələbəsini qazanaraq Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində altıncı pilləyə yüksəlib.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər