Bütün xəbərlər
Ukrayna Elektron İdman Federasiyası Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı apellyasiya şikayəti verəcək
Tarix: 29-08-2023 08:18 | Bölmə: Digər


Beynəlxalq Elektron İdman Federasiyasının Rusiyaya qarşı sanksiyaları ləğv etmək qərarı Ukrayna Elektron İdman Federasiyasının reaksiyasına səbəb olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, UESF Rusiya tərəfini korrupsiyada ittiham edib.
Ukrayna Kibersport liderləri əmindirlər ki, Rusiyadan olan həmkarları nümayəndələrə rüşvət veriblər.
"Biz bunu korrupsiya komponenti və nümayəndələrin səslərini satın almaq kimi görürük, çünki beynəlxalq federasiya artıq korrupsiya qalmaqallarında boğulub" - təşkilatın bəyanatında deyilir.
İndi ukraynalılar qərardan şikayət etmək üçün məhkəməyə müraciət edəcəklər. Onlar Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı yeni səsverməyə cəhd etmək niyyətindədirlər
Xatırladaq ki, bazar ertəsi IESF-in rusiyalı e-idmançılara qarşı sanksiyaları ləğv etmək qərarı barədə məlumat yayılıb. İndi ruslar yenidən bayraq altında və dövlət himni ilə çıxış edə bilərlər.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər