Bütün xəbərlər
"Spartak"ın qapıçısı Selixov ümumi qrupda məşqlərə qayıdıb
Tarix: 22-08-2023 23:30 | Bölmə: Digər

Moskva "Spartak"ının rusiyalı qapıçısı Aleksandr Selixov zədəsini tam sağaldıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı qırmızı-ağ futbolçu ümumi qrupda məşqlərə başlayıb.
“Sport Ekspress”in məlumatına görə, Selixov heç bir məhdudiyyət olmadan məşq edir. Bu mövsüm o, "qırmızı-ağlar"ın heyətində hələ bir oyun keçirməyib.
Beş turdan sonra “Spartak” doqquz xal toplayaraq Rusiya futbol çempionatının turnir cədvəlində altıncı yeri tutub.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər