Bütün xəbərlər
HRC rəhbəri miqrantların uşaqlarına rus dilini öyrətməyə çağırıb
Tarix: 16-08-2023 23:57 | Bölmə: Digər


Miqrantların uşaqlarına rus dilinin öyrədiləcəyi xüsusi mərkəzlər yaratmaq lazımdır, vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları üzrə prezident şurasının rəhbəri Valeri Fadeyev deyir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, belə mərkəzlərdə xüsusi hazırlanmış müəllimlər çalışmalıdır.
Hüquq müdafiəçisinin sözlərinə görə, rus dilində danışmağı bilməyən uşaqların rus məktəblərinə aparılması yolverilməzdir.
Fadeyevi Federasiya Şurasının üzvləri dəstəkləyib. TASS agentliyi yazır ki, Federasiya Şurasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbəri Andrey Klişas bildirib ki, miqrantların övladlarına da bütün rusiyalı birinci sinif şagirdləri ilə eyni tələblər qoyulmalıdır.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər