22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Moskvada işçi beton qarışdıran maşına düşüb
Tarix: 16-08-2023 23:09 | Bölmə: Digər


Böyükşəhər Prokurorluğu bir işçinin ağır xəsarət alması nəticəsində iş yerində baş vermiş bədbəxt hadisənin hallarının aydınlaşdırılmasının gedişinə nəzarət edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva prokurorluğunun məlumatına görə, fəhlənin xəsarət alması ilə bağlı insident Proizvodstvennaya küçəsində yerləşən beton istehsalı müəssisəsində baş verib. İlkin məlumatlara görə, qurumun 20 yaşlı əməkdaşı beton qarışığı istehsal edərkən təkrar emal zamanı beton qarışdıran maşına düşüb.
Zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Nəzarət orqanının əməkdaşları yoxlayırlar. Hadisənin baş vermə şəraitinin müəyyən edilməsinə Solntsevo Rayonlararası Prokurorluğu nəzarət edir.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər