22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Aleksandra Qoryaçkina şahmat üzrə Dünya Kubokunun finalına yüksəlib
Tarix: 16-08-2023 22:33 | Bölmə: Digər

Rusiyalı Aleksandra Qoryaçkina şahmat üzrə Dünya Kubokunun yarımfinalında çinli Tan Zhongyi üzərində qələbə qazanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarış Azərbaycanın paytaxtı Bakıda keçirilir.
Aleksandra çərşənbə axşamı ilk oyunda rəqibindən üstün olub. Çərşənbə günü baş tutan ikinci oyun 66-cı gedişdə bərabərliklə yekunlaşıb.
Orskdan olan 24 yaşlı şahmatçı karyerasında ikinci dəfə dünya çempionatının finalına yüksəlib. 2021-ci ildə keçirilən əvvəlki yarışda Aleksandra finalda həmyerlisi Alexsandra Kosteniuk-a uduzmuşdu.
Qoryaçkina kubok uğrunda Anna Muzıçuk (Ukrayna) və Nyurqyul Səlimova (Bolqarıstan) arasındakı qarşıdurmanın qalibi ilə mübarizə aparacaq. Final avqustun 20-nə təyin edilib.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər