Bütün xəbərlər
Krım körpüsündə avtomobillərin hərəkəti dayandırılıb
Tarix: 15-08-2023 23:23 | Bölmə: Digər


Krım körpüsündə avtomobillərin hərəkəti çərşənbə axşamı saat 21:50 radələrində dayandırılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səbəblər aydınlaşdırılır.
Avqustun 15-də axşam saatlarında estakadada avtomobillərin keçidinin müvəqqəti bağlanması barədə Krım Respublikasının operativ qərargahının Telegram kanalı məlumat yayıb.
Təxminən iki saat əvvəl Krım əməliyyat qərargahının məlumatına görə, Krım körpüsünün hər iki tərəfindəki yoxlama məntəqələrinə nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik olmayıb. Dayandırmanın səbəbləri açıqlanmayıb. Məlumat dəqiqləşdirilir.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər