22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Arvadını yeniyetmə qızının yanında bıçaqlayıb
Tarix: 11-08-2023 23:55 | Bölmə: Digər


Tver Rayonlararası Prokurorluğunun əməkdaşları avqustun 11-də axşam saatlarında əri ilə qalmaqal zamanı qadının bıçaqlandığı Moskvadakı mənzilə gəliblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum edən şəxs axtarılır.
Paytaxtın nəzarət orqanının ilkin məlumatlarına görə, cümə günü Lesnaya küçəsində yerləşən yaşayış binasının mənzilində 37 yaşlı kişi həyat yoldaşı ilə mübahisə edib və onun boyun nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Bundan sonra ər cinayət yerindən qaçıb.
Həmin vaxt mənzildə ər-arvadın 13 yaşlı qızı olub. O, anasının qışqırtısını eşidib və polisə müraciət edib. 33 yaşlı zərərçəkənin xəstəxanaya aparıldığı bildirilir. Şübhəlinin yeri müəyyən edilir, hadisənin baş vermə şəraiti araşdırılır.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər