22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
İnyesta karyerasını BƏƏ-də davam etdirəcək
Tarix: 08-08-2023 22:50 | Bölmə: Digər

Andres İniesta futbolçu karyerasını bitirməmək qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı ispaniyalı Yaponiyanın "Vissel Kobe" klubundan ayrıldıqdan sonra "Emirates"lə müqavilə imzalayıb.
BƏƏ klubunun mətbuat xidmətindən verilən məlumata görə, yarımmüdafiəçi ilə müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub. İyulun 2-də İnyesta azad agent oldu.
İspan oyunçunun 2018-ci ildə köçdüyü Vissel Kobeyə qədər Andres 16 ilini "Barselona"da keçirib. Onun karyerasını başa vuraraq Kataloniya klubunda liderlik edə biləcəyi güman edilirdi.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər