22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
“Zenit” Azmunu 5 milyon avroya qaytarmaq istəyir
Tarix: 07-08-2023 22:31 | Bölmə: Digər

Serdar Azmun Rusiyaya köçə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, keçmiş klubu iranlı hücumçunun xidmətində maraqlıdır.
"Sport24.az" xəbər verir ki, Sankt-Peterburqun "Zenit" klubu futbolçunun transferi üçün "Bayer"ə 5 milyon avro təklif etməyə hazırdır. Bununla belə, alman klubu iranlıdan iki dəfə çox pul almaq istəyir.
Azmun Bayer Leverkuzendə 44 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Daha əvvəl məlum olmuşdu ki, Serdar avqustun 2-də ayağından zədə alıb və bu səbəbdən o, 6-8 həftə sıradan çıxacaq.
“Zenit”in tərkibində iranlı hücumçu üçqat Rusiya çempionu olub. RPL-də Azmun "Rubin Kazan" və "Rostov"da da çıxış edib.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər