Bütün xəbərlər
Şubenkov Rusiya çempionatının gümüş mükafatçısı oldu
Tarix: 06-08-2023 23:58 | Bölmə: Digər


Dünya çempionu Sergey Şubenkov atletika üzrə Rusiya çempionatında 110 metr məsafəyə maneələrlə qaçışda ikinci olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarışlar Çelyabinskdə keçirilir.
Şubenkov məsafəni 13,48 saniyəyə qət edib. Rusiya çempionatının qızılını Anatoli Kiselev qazandı (13,36 saniyə). Bürüncün sahibi Konstantin Şabanov (13,62) olub.
Xatırladaq ki, iyunun 22-də turnirin gümüş mükafatçısı motosikletdən yıxılaraq körpücük sümüyü sınıb. 32 yaşlı idmançı əməliyyat olunub.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər