22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
"Dinamo"nun "Zenit"ə qalib gəlməsinə Tyukavinin dubulu kömək etdi
Tarix: 06-08-2023 22:47 | Bölmə: Digər


Hazırkı ölkə çempionu Sankt-Peterburq "Zenit"i mövsümdə ilk məğlubiyyətini alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RPL-in 3-cü turunun ev matçında "göy-ağ-göylər" Moskva "Dinamo"suna 2:3 hesabı ilə uduzub.
Qonaqların tərkibində Konstantin Tyukavin dubla imza atıb. “Göy-ağ-lar”ın hücumçusu oyunun 2-ci və 33-cü dəqiqələrində fərqlənib. Meydan sahiblərinin qoluna İvan Sergeev (90-cı) imza atıb. “Dinamo”nun futbolçusu Fabian Balbuena (9-cu) daha bir topu öz qapısına göndərdi. Qələbə qolu Vyaçeslav Qrulevin (90+6) aktivində olub.
Görüşün lap sonunda "Zenit"in yarımmüdafiəçisi Vilmar Barrios birbaşa qırmızı vərəqə alıb.
Paytaxt klubu dörd xal toplayaraq Rusiya çempionatının turnir cədvəlində səkkizinci pilləyə yüksəlib. Sergey Semakın komandası dörd xalla altıncıdır.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər