Bütün xəbərlər
Moldovanın cənubunda taxıl daşıyan 6 vaqon relsdən çıxıb
Tarix: 05-08-2023 23:58 | Bölmə: Digər


Taxıl daşıyan yük qatarının qəzası Moldovanın cənubunda - Kulma - Ceadir-Lunqa dəmir yolu xətlərinin hissəsində baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəticədə 6 vaqon relsdən çıxıb.
“Moldova Dəmir Yolları”nın məlumatına görə, qəzaya səbəb anomal yüksək temperatur olub: relslər isti hava səbəbindən gücünü itirib.
Kompozisiya Bessarabka stansiyasından Ukraynanın Reni limanına qədər davam edib. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Bundan əvvəl ABŞ-ın Pensilvaniya ştatında 40 vaqondan ibarət yük qatarının qəzaya uğradığı bildirilirdi.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər