Bütün xəbərlər
Yeniyetmələr arasında Rusiya çempionu gənə dişləməsindən ölüb
Tarix: 03-08-2023 16:07 | Bölmə: Digər


Yeniyetmələr arasında banddi üzrə Rusiya çempionu Yevgeni Xvalko gənə ensefalitinin yaratdığı fəsadlar nəticəsində dünyasını dəyişib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, idmançının 17 yaşı var idi.
“Təəssüf ki, bir neçə həftəlik həyat mübarizəsindən sonra istedadlı xokkeyçi dünyasını dəyişib”, - deyə, Rusiya Bandi Federasiyasının mətbuat xidməti məlumat yayıb.“Evgeni və Vera Xvalkonun ailəsinə dərin hüznlə başsağlığı veririk”.
Kiçik Xvalko yeniyetmələri ilə İrkutskda Rusiya çempionatının qalibi olduğu Kuzbass komandasında oynayıb. Yevgeni Böyük Liqa matçlarında da 20 xal (10+10) toplayıb.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər