Bütün xəbərlər
PSJ iki dəfə lider olaraq yaponiyalı Serezoya uduzdu
Tarix: 28-07-2023 20:10 | Bölmə: Digər


Fransanın “Paris Sen-Jermen” klubu mövsümöncəsi tur çərçivəsində Yaponiyanın Osaka şəhərindəki “Naqay” stadionunun meydanında yerli “Sereso” komandasına uduzub – 2:3.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş zamanı parislilər 2 dəfə öndə olsalar da, üstünlüyü saxlaya bilməyiblər.
Qaliblərdən Jordi Kru, Sota Kitano və Şinji Kaqava müvafiq olaraq 22, 67 və 79-cu dəqiqələrdə, Fransa yığmasının heyətində isə Uqo Ekitike və Vitinya 17 və 49-cu dəqiqələrdə qolları vurub.
Turun təmsilçiləri Luis Enrike növbəti matçını Milanın “İnter”inə qarşı keçirəcək.Oyun çərşənbə axşamı, avqustun 1-nə planlaşdırılıb və Tokioda keçiriləcək.



Baxış sayı: 311


Bölməyə aid digər xəbərlər