Bütün xəbərlər
ÇSKA-nın müdafiəçisi Diveev zədə səbəbindən ən azı 3 ayı buraxacaq.
Tarix: 20-07-2023 23:45 | Bölmə: Digər

ÇSKA-nın müdafiəçisi İqor Diveev RPL mövsümünün əvvəlində ordu komandasına kömək edə bilməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu əməliyyat olunmalı olacaq.
"Çempionat.com" saytının məlumatına görə, Diveev topuğundakı zədə səbəbindən ən azı 3 ayı buraxacaq. Xatırladaq ki, "qırmızı-göy" futbolçu Sankt-Peterburqun "Zenit"i ilə Rusiya Superkuboku uğrunda oyunun fasiləsində dəyişdirilib.
Ötən mövsüm müdafiəçi ÇSKA-nın heyətində ölkə çempionatında 20 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Paytaxt klubunun tərkibində Diveev RPL-in gümüş mükafatçısı və Rusiya Kuboku-2023-ün sahibi olub.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər