Bütün xəbərlər
Qapıçı Fedotov ÇSKA xokkey klubuna qayıtdı
Tarix: 08-07-2023 18:06 | Bölmə: Digər


Qaqarin kubokunun qalibi ÇSKA 26 yaşlı qapıçısı İvan Fedotovla müqavilə bağladığını açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müqavilə iki illikdir.
Ötən mövsüm İvan Fedotov hərbi xidmətdə olub. Pekin Olimpiadasının gümüş mükafatçısı Hərbi Dəniz Qüvvələri komandalarından birində çıxış edib.
2021/22 mövsümündə İvan Fedotov ÇSKA ilə Qaqarin Kubokunu qazandı. Xokkey oyunçusu "Fladelfiya Flyers"-ə getməli idi, lakin İvan saxlanılaraq Silahlı Qüvvələrə çağırılıb.
Fedotovun "Filadelfiya" ilə müqaviləsinə xitam verilib. İvan ÇSKA-ya qayıtdı. Fedotov “Traktor”, “Nefteximik” və “Salavat Yulaev”in də qapılarını qoruyub.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər