Bütün xəbərlər
Harri Potterin kostyumu 101 min dollara satılıb
Tarix: 06-07-2023 22:34 | Bölmə: Digər


ABŞ-da aktyor Daniel Radkliffin canlandırdığı Harri Potterin məktəbli forması hərracda satılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, aktyorun franşizanın ikinci hissəsinin - "Harri Potter və Sirlər Palatası"nın çəkiliş meydançasında geyindiyi kostyum hərraca çıxarılıb. "Daily Mail"-in məlumatına görə, alıcı bunun üçün 101 min dollar ödəyib.
Dəstə tünd boz Qriffindor xalatı, ağ köynək, tünd şalvar, sviter, ayaqqabı və dəyirmi sehrbaz oğlan eynəyi daxil idi.
Palçıq və süni qanla qəsdən ləkələnmiş paltarlar. Kostyumun başlanğıc qiyməti 75 min dollar olub.
Daha əvvəl məlum olmuşdu ki, Daniel Radcliffe yeni Harri Potter serialında rol almayacaq. Və ötən gün aktyor ilk övladının cinsini açıqladı.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər