12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
UEFA Konfrans Liqasının rəsmi adını yeniləməyə qərar verib
Tarix: 28-06-2023 23:20 | Bölmə: Digər


Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi Konfrans Liqasında üçüncü ən vacib klub turnirinin rəsmi adının yenilənməsini təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, indi turnir UEFA Avropa Konfransı Liqası adlanır. 2024/2025 mövsümündən etibarən yarış UEFA Konfrans Liqası adlanacaq. Yəni, adından Avropa qeydi çıxarılacaq.
"Araşdırmalar göstərib ki, yarışın adından Avropa sözünün çıxarılması ayrıca yarış kimi daha da inkişaf etməyə imkan verəcək", - UEFA-nın mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, Konfrans Liqası 2021-ci ildə təsis edilib. Yarışın ilk qalibi İtaliya “Roma”sı olub. Və 2022/23 mövsümündə İngiltərə West Ham turnirdəki qələbəni qeyd edib.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər