12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
"Çelsi" Mendini "Əl Əhli"yə transfer edib
Tarix: 28-06-2023 21:41 | Bölmə: Digər


"Çelsi" Futbol Klubu seneqallı qapıçı Eduard Mendinin komandadan ayrıldığını açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı qolkiper karyerasını Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasında davam etdirəcək.
Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. "Transfermarkt" portalının məlumatına görə, londonlular futbolçunun satışından təxminən 18,5 milyon avro qazanıb.
Mendi "Çelsi"yə 2020-ci ilin sentyabrında Fransanın "Renn" klubundan 24 milyon avroya keçib. İngiltərə komandasının tərkibində Eduard bütün turnirlərdə 105 oyunda iştirak edib.
"Mavilər"lə birlikdə Edouard Çempionlar Liqasının (2020/21), UEFA Super Kubokunun (2021) və Klublararası Dünya Kubokunun (2021), həmçinin İngiltərə Kubokunun (2021, 2022) və Liqa Kubokunun (2022) qalibi olub. Həmçinin qapıçı Seneqal millisində 29 oyun keçirib.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər