12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
İqnaşeviç Birinci Liqanın ən yaxşı məşqçisi kimi tanınıb
Tarix: 25-06-2023 21:25 | Bölmə: Digər

Kalininqrad “Baltika”sının baş məşqçisi Sergey İqnaşeviç Birinci Liqada mövsümün ən yaxşı məşqçisi seçilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun rəhbərliyi altında komanda Rusiya Premyer Liqasına yollanıb.
Bu barədə Birinci Liqanın rəsmi Telegram kanalında deyilir. Çempionat mövsümünü ikinci pillədə başa vuran “Baltika” həm də məğlubiyyətsiz matçların sayına görə (30) rekordun sahibi olub.
Bir gün əvvəl məlum olmuşdu ki, “Baltika” rəhbərliyi rusiyalı mütəxəssislə yenidən müqavilə imzalamaq qərarına gəlib. Beləliklə, o, komandanı Rusiya Futbol Çempionatındakı çıxışlara hazırlamağa davam edəcək.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər