12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Rusiyadan olan məğlubiyyətsiz MMA döyüşçüsü ikiqat One çempionu oldu
Tarix: 23-06-2023 23:27 | Bölmə: Digər


Rusiyalı qarışıq döyüş ustası Anatoli Malıxin ağır çəkidə One Championship çempionu kanadalı Arjan Bullara qalib gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Banqkokda keçirilən turnir çərçivəsində baş verib.
Titulluğa iddialı ilə çempionluq kəmərinin sahibi arasında keçirilən görüş rusiyalının erkən qələbəsi ilə başa çatıb. Üçüncü raundda Malıxin rəqibi üzərində texniki nokautla qələbə qazanıb.
Bunun sayəsində rusiyalı One-da ikinci titulunu qazandı. O, həm də yüngül- ağır çəkidə çempiondur.
Malıxin ardıcıl 13-cü döyüşündə qalib gəlib və məğlubiyyətsiz döyüşçü olmaqda davam edir. Bullar ikinci döyüşünü 11 qələbədən sonra uduzdu.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər