12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Məşhur voleybolçu Zaitsev dünyasını dəyişib
Tarix: 12-06-2023 23:21 | Bölmə: Digər


Məşhur sovet voleybolçusu Vyaçeslav Zaitsevin hansı səbəbdən ölümü məlum olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva Olimpiadasının qalibinin 70 yaşı var idi.
Voleybol üzrə SSRİ yığmasının sabiq üzvü Vyaçeslav Zaitsev 70 yaşında vəfat edib. Bu yaxınlarda Vyaçeslav Alekseeviç ağır xəstəliklə mübarizə aparırdı.
Vyaçeslav Zaitsev dünya və yerli voleybol tarixində ən güclü setterlərdən biri hesab olunur. İkiqat dünya çempionu, yeddiqat Avropa çempionu və 1980-ci ildə Moskvada keçirilən Olimpiadanın çempionu. Zaitsev karyerasının böyük hissəsini “Avtomobilist Leninqrad”da keçirib, sonra İtaliya və İsveçrə klublarında çıxış edib. 2013-cü ildə Vyaçeslav Zaitsev Voleybol Şöhrət Zalına daxil edildi.
Voleybol karyerasını başa vuran Vyaçeslav Alekseeviç məşqçi oldu. O, bir çox Rusiya və İtaliya klubları ilə çalışıb, baş məşqçinin köməkçisi, sonra isə Rusiya millisinin baş məşqçisi olub.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər