Bütün xəbərlər
“15 İyun – Milli Qurtuluş günü”nə həsr edilmiş stolüstü tennis üzrə şəhər birinciliyi keçirilib
Tarix: 10-06-2023 21:58 | Bölmə: Digər


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Bulvarı ərazisində yerləşən “Qarabağ” NN stolüstü tennis klubunun bazasında “15 İyun – Milli Qurtuluş günü”nə həsr edilmiş stolüstü tennis üzrə 2006-2008; 2009-2012; 2013-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi keçirilmişdir.
Bu barədə Sabaha-inamla.az-a Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən məlumat veriblər.
Qeyd olunub ki, yarışın keçirilməsində məqsəd “15 İyun – Milli Qurtuluş günü”nün şəhərdə qeyd edilməsi,stolüstü tennis idman növünün təbliği və inkişafı, respublika yarışlarında iştirak edəcək şəhər yığma komandasının komplektləşdirilməsidir.
Qalib və mükafatçılar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı ilə təltif olumuşdur.
Sabaha-inamla.az








Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər