Bütün xəbərlər
"Paris Saint-Germain" qapıçısı Riko yenidən komaya düşüb
Tarix: 09-06-2023 23:57 | Bölmə: Digər


Həkimlər "Paris Saint-Germain"-in qapıçısı Serxio Rikonun həyatı üçün mübarizəni davam etdirir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İspan futbolçu yenidən süni komaya salınıb.
Serxio Riko Sevilyadakı xəstəxanadadır. 29 yaşlı qolkiperin vəziyyəti hələ də ağırdır.
Bir müddət əvvəl Serxio Riko atdan yıxılaraq başından zədə alıb. Futbolçuya beyin qanaması diaqnozu qoyulub. Serxio bir neçə gün komada idi. İki gün əvvəl ispaniyalı özünə gəlib. Lakin cümə günü həkimlər futbolçunu süni komaya salıblar.
Serxio Riko “Sevilya”, “Fulhem” və İspaniya milli komandasında oynaması ilə tanınır. 2000-ci ildən "Paris Saint-Germain" oyunçusudur. Bu mövsüm Riko meydana daxil olmayıb.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər